İsveç hökuməti terror təşkilatlarına pul və silah göndərmədiklərini deyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson açıqlama verib.
İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı məsləhətləşmələr Türkiyədə davam edərkən, İsveçin baş naziri Maqdalena Andersson bu gün Stokholmda Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə birgə mətbuat konfransı keçirib.
İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı Türkiyə ilə fikir ayrılığına toxunan Andersson, "Hazırda Türkiyə ilə danışıqlar davam edir. "Biz bu danışıqların davam edəcəyini gözləyirik", - deyə bildirib.
Andersson İsveçin maliyyə yardımının hara göndərildiyinə və silah satışı ilə bağlı məlumatlara aydınlıq gətirib:
"Biz terror təşkilatlarına pul və ya silah göndərmirik”.
Ayşən