İsveç noyabr ayından Latviya ərazisinə hərbçilərini yerləşdirməyi planlaşdırır.
Bu barədə İsveçin NATO-dakı səfiri Aksel Vernhoff bildirib.
"A.Vernhoff İsveçin NATO-nun Latviyada mövcudluğu çərçivəsində bu ölkəyə qoşun yerləşdirmək planını təsdiqləyib. İsveç bununla bağlı əməliyyata noyabrda başlamağı planlaşdırır”, - nəşrdə qeyd olunub.
İsveç hərbçiləri rotasiya əsasında Latviyada yerləşdiriləcək və onları Danimarkadan olan hərbçilər əvəz edəcək.
Qeyd edək ki, İsveç martın 7-də rəsmi olaraq alyansın 32-ci üzvü olub.
///Report