İsveç kəşfiyyatı Rusiyanın müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib.ANS PRESS-in məlumatına görə, İsveç dövlət təhlükəsizlik xidməti (SAPO) bəyan edib ki, Ukraynada böhranın artması ilə Rusiya İsveçdə kəşfiyyat fəaliyyətini genişləndirib.SAPO-nun məlumatına görə, hazirda İsveç ərazisində ən çox kəşfiyat aparan ölkələr Rusiya, Çin və İrandır."Rusiya hər şeylə maraqlanır. Siyasət, texnika, iqtisadiyyat və hərbi informasiya toplayır. Rusiya İsveçdə geniş kəşfiyyat maraqları olan ölkələrdən biridir", - deyə İsveç kəşfiyatının baş analitiki Vilhelm Unqa bildirib.Analitikin fikrincə, Rusiyada hərbi fəaliyyət üçün hazırlıq gedir. Bu məqsədlə ruslar telefon danışıqlarını dinləmək, insanları ələ almaqla məşğuldur. Rus kəşfiyyatı informasiya toplamaqda məqsədi həm də ictimai rəyə təsir etməkdir".