İsveç krallığın Minskdəki keçmiş səfiri Kristina Yohannessonu Moskvaya yeni səfir təyin edib.
"Hökumət Kristina Yohannessonu Moskvada səfir təyin edib. O, payızda işə başlayacaq", - məlumatda qeyd olunub.
Daha əvvəl K.Yohannesson Sankt-Peterburqdakı baş konsulluqda, Moskvadakı səfirlikdə və Avropa İttifaqının Brüsseldəki nümayəndəliyində işləyib. Hazırda o, ölkənin Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı ilə bağlı məsələlərlə məşğul olur. (report)