İsveç Apellyasiya Məhkəməsi polisin Stokholmda Quran yandırılmasına icazə verməyən qərarını ləğv edib.
Bu barədə Apellyasiya Məhkəməsinin sədri Stefan Holgersson mətbuata açıqlamasında deyib.
Məhkəmə Stokholmda keçirilən nümayişlə asayiş və polisin qeyd etdiyi təhlükəsizlik problemləri arasında kifayət qədər əlaqənin olmadığını bildirib və qeyd olunub ki, belə olan halda polisin bu qərarı doğru deyil.
Məhkəmə hesab edir ki, bu səbəbdən polisin qərarı ləğv edilməlidir.
Qərardan Ali İnzibati Məhkəməyə şikayət verilə bilər.
///APA