İsveç müdafiə nazirinin Türkiyəyə səfəri gözlənilir

İsveç müdafiə nazirinin Türkiyəyə səfəri gözlənilir
DÜNYA
19:10 18.01.2023
223
İsveç müdafiə naziri Pol Yonsonun Türkiyəyə səfəri gözlənilir.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

"Planlaşdırma var, prosesi izləyirik, gedişata görə dəqiqləşdiriləcək”, - deyə o bildirib.

Türkiyənin NATO-nun "açıq qapı" siyasətini dəstəklədiyini ifadə edən Akar İsveç və Finlandiyanın Madrid memorandumdakı öhdəliklərini ən qısa zamanda yerinə yetirməsini gözlədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR