İsveç səfirliyinə hücum edən 20 nəfər həbs edildi

İsveç səfirliyinə hücum edən 20 nəfər həbs edildi
DÜNYA
18:22 21.07.2023
334
İraqın paytaxtı Bağdadda İsveç səfirliyinin binasına basqın edərək binanı yandıran 20 nəfər həbs edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İraqın paytaxtı Bağdaddakı İsveç səfirliyinin binasını hədəfə alaraq Quranın yandırılmasına etiraz edən hücumçular yaxalanıb. 

İraq Ali Məhkəməsi tərəfindən edilən yazılı açıqlamada, İstintaq Məhkəməsinin Bağdaddakı İsveç səfirliyinin binasını hədəf alan hücumda iştirak edən 20 nəfərin həbsinə qərar verdiyi bildirilib.

İraq bayrağı və Quranın yandırılmasına icazə verən İsveçlə diplomatik əlaqələri kəsən İraq hökuməti İsveç səfiri Jessica Svrdströmdən İraqı tərk etməsini istəyib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR