İsveç tarixi qərarını verdi: NATO-ya üzv olmaq üçün bütün işlər sürətləndirilir

İsveç tarixi qərarını verdi: NATO-ya üzv olmaq üçün bütün işlər sürətləndirilir
DÜNYA
12:55 22.04.2022
534
İsveç NATO-ya qoşulma prosesini sürətləndirmək qərarına gəlib.

AZXEBER.COM xəbər verir ki, İsveçin xarici işlər naziri Ann Linde hökumətin NATO-ya daxil olması ilə bağlı mümkün prosesi sürətləndirmək üçün milli təhlükəsizlik hesabatının iki həftə ərzində tamamlanmasına qərar verildiyini açıqlayıb:

"NATO üçün hazırlanan milli təhlükəsizlik hesabatının 31 may yerinə 13 may tarixinə geri çəkilməsi fikiri ilə razıyıq. Bu çərçivədə hesabatın iki həftə ərzində tamamlanmasını nəzərdə tuturuq”, - deyə o bildirib.

Linde Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın dünən Finlandiya və İsveçin NATO-ya daxil olmasının nəticələrinin olacağı ilə bağlı açıqlamalarına da cavab verib: 

"Rusiya bizi dəfələrlə təhdid edib. Hörmət etmək lazımdır ki, hər bir ölkə öz təhlükəsizlik siyasətini özü müəyyənləşdirir. Milli təhlükəsizlik hesabatında Rusiyanın vəziyyəti də nəzərə alınacaq''.

Linde əlavə edib ki, Finlandiyanın NATO-ya mümkün üzvlük üçün müraciət etmək qərarı da milli təhlükəsizlik hesabatına təsir edəcək.

Ayşən 
OXŞAR XƏBƏRLƏR