İsveç vətəndaşlığının alınması tələbləri sərtləşdirildi

İsveç vətəndaşlığının alınması tələbləri sərtləşdirildi
DÜNYA
04:49 30.04.2026
519
İsveç parlamenti ölkə vətəndaşlığının alınması tələblərini sərtləşdirən qanun qəbul edib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bundan sonra əcnəbilər vətəndaşlıq üçün müraciət etməzdən əvvəl İsveçdə azı səkkiz il yaşamalıdırlar. Bu isə hazırkı qaydalardan üç il çoxdur.

16 yaşına çatmış şəxslər üçün vətəndaşlıq almaq məqsədilə İsveç dili biliyi və ictimaiyyətşünaslıq üzrə xüsusi imtahandan keçmək tələb olunacaq.

Gəlirlə bağlı da yeni tələb tətbiq edilib. Belə ki, müraciət edənin illik gəliri azı 241,8 min İsveç kronu (22 min dollar) olmalıdır.

Yeni tələblər potensial vətəndaşlar üçün iyunun 6-dan qüvvəyə minəcək. Hətta müraciət bir neçə il əvvəl edilsə belə, bu qaydalar tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR