İsveçdə irimiqyaslı hərbi təlimlər başlayır

İsveçdə irimiqyaslı hərbi təlimlər başlayır
DÜNYA
19:12 17.04.2023
197
İsveçdə irimiqyaslı "Avrora-23” hərbi təlimləri başlayır.

AZXEBER.COM xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu təlimlər ölkə ərazisində son 25 ildə NATO-ya üzv ölkələrin iştirakı ilə həyata keçirilən ən böyük hərbi təlimlər olacaq. Quru, dəniz və hərbi hava qüvvələrinin (HHQ) iştirak etdiyi təlimin məqsədi İsveçin silahlı hücuma qarşı mübarizəsinin səviyyəsini artırmaqdır.

Təlimlərdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edəcək.

Müxtəlif hərbi birləşmələrin iştirak edəcəyi təlimlər üzrə əsas döyüş əməliyyatları ölkənin cənub və şimalındakı sərhədyanı ərazilərdə, həmçinin Qotland adasında keçiriləcək və təlimlər 11 may tarixində başa çatacaq.
OXŞAR XƏBƏRLƏR