İsveçdə “İZ” sənədli filminin təqdimatı olub

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub
SOSİAL
13:17 23.10.2023
171
İsveçdə "İZ” sənədli filminin təqdimatı olub.

AZXEBER.COM xəbər verir ki, Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzi (İnternational Media Group Sweden) və SAF Azərbaycan Cəmiyyətlərinin təşkilatçılığı ilə "İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov da iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Zaur Əhmədov azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından deportasiya edilməsindən danışıb: "Təəssüflər olsun ki, dünyanın bir çox ölkələri bu həqiqətləri görməzdən gəlirlər. Bizim vəzifəmiz belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri çatdırmaqdır”.
Digər çıxış edən natiqlər vurğulayıblar ki, belə tədbirlərin çox olması xalqımızı daha da birləşdirir və geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır.
Çıxışlardan sonra filmin təqdimatı böyük coşqu ilə qarşılandı.

"İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb.
 
Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi öz əksini tapıb. Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.
Sənədli filmin layihə rəhbəri "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb