İsveçdə polis müfəttişi olan həmyerlimiz - FOTO

SOSİAL
13:58 07.08.2020
819
Bakı şəhərində anadan olmuş, sabah 30 yaşını qeyd edəcək Ramizə Sərdarova 18 il öncə ailəsi ilə birlikdə daimi yaşamaq üçün İsveçə köçüb.

R.Sərdarova gimnaziyanı Hüquq İqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirəndən sonra Malmö Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.

Karyerasına İsveç-Danimarka Sərhəd Polisi Xidmətində işləməklə başlayıb. 2017-ci ildə Malmö polisinin Çağrı Mərkəzinin ən yaxşı müfəttişi seçilib. Hazırda İsveçin Cənub bölgəsi Polisində iqtisadi cinayətlər üzrə müstəntiq işləyir. Ailəlidir, iki oğlu var.

Azərbaycanı erkən yaşlarından tərk etməsinə baxmayaraq, Ramizə vətənpərvərlik hissi və doğulduğu ölkəyə böyük sevgi ilə tərbiyə olunub.

O, öz övladlarını da vətənpərvər ruhda tərbiyə edir. Yaşlarının az olmasına baxmayaraq, uşaqlar Azərbaycan dilində bir neçə şeir öyrənib və hər il səbirsizliklə Bakıdakı qohumlarını ziyarət etməyi gözləyirlər.

Ramizə bizimlə söhbətində qeyd edib ki, o, Azərbaycanı tanıtmaq üçün çox maraqlı üsul tapıb.

Ramizə İsveçdə olarkən qoluna ulu öndər Heydər Əliyevin unudulmaz sözlərini döydürüb. Yazı Azərbaycan dilində həkk olunduğundan, təbii ki, ətrafdakıların marağına səbəb olur və beləliklə, bu ifadəni tərcümə edərək, Azərbaycan və həmin müdrik sözlərin müəllifi Heydər Əliyev haqqında danışmaq üçün çox əlverişli imkan yaranır.

Ramizə 30-cu doğum gününü, hər il olduğu kimi, ailəsi ilə birlikdə Bakıda qeyd etməyi planlaşdırmışdı, amma pandemiya ilə əlaqədar olaraq, təəssüf ki, bu il arzusunu həyata keçirmək mümkün olmayıb.

İndi Ramizə, ailəsi, xüsusilə uşaqlar çox darıxdıqları doğma Vətənlərini və doğmalarını görmək üçün səbirsizliklə sərhədlərin açılmasını gözləyirlər...
 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:43 28.09.2020

Səudiyyə Ərəbistanından Dağlıq Qarabağa görə Türkiyəyə EMBARQO

11:41 28.09.2020

Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

11:40 28.09.2020

Ceyhun Bayramov: "Bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparılıb"

11:33 28.09.2020

Türkiyənin Müdafiə Nazirliyi: Hər zaman can qardaşlarımızın yanındayıq

11:32 28.09.2020

Cəbhənin Goranboy istiqamətində son vəziyyət - VİDEOREPORTAJ

11:29 28.09.2020

Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir"

11:27 28.09.2020

Bakı-Sumqayıt qatarının hərəkəti məhdudlaşdırılır

11:23 28.09.2020

Prezidentin köməkçisi: "Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib"

11:20 28.09.2020

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 26 nəfərə çatıb

11:19 28.09.2020

Ceyhun Bayramovdan yaralanan hərbçilərimizlə bağlı AÇIQLAMA

11:16 28.09.2020

Ermənilər Tərtərin əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirib

11:14 28.09.2020

Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyasını kobud şəkildə pozur

11:10 28.09.2020

General-mayor: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”

11:04 28.09.2020

Son dəqiqə! Azərbaycanda qismən səfərbərlik elan olundu

10:56 28.09.2020

Hikmət Hacıyev: “Məcburi köçkünlərin evlərinə qayıtmaq hüququ var”

10:53 28.09.2020

Bölmələrimiz torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı keçirir - VİDEO

X Mostbet