İyunun 12-də İsveçin paytaxtı Stokholmda Bilderberq qrupunun "gizli görüşü" başlayıb. Bu görüş iyunun 15-dək davam edəcək.
İclasda NATO-nun baş katibi Mark Rütte, İsveçin Baş naziri Ulf Kristersson, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq, habelə Almaniya parlamentinin spikeri Yuliya Klöknerin iştirakı gözlənilir.
Bildirilir ki, görüşün müzakirə mövzuları arasında avro-Atlantik münasibətlər, Ukraynanın gələcəyi, ABŞ iqtisadiyyatı, Avropa, Yaxın Şərq, eləcə də müdafiə sahəsində innovasiyalar, süni intellekt və miqrasiya məsələləri olacaq.
/Oxu.Az