İsveçdən Quranın yandırılması ilə bağlı VACİB AÇIQLAMA

İsveçdən Quranın yandırılması ilə bağlı VACİB AÇIQLAMA
DÜNYA
15:00 03.07.2023
648
"İsveçdə Qurani-Kərimin yandırılması ölkənin yaxşı imicini pis imicə çevirə bilər".

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.
 
Billström İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribata verilən reaksiyalarla bağlı Syndsvenskan qəzetinə açıqlama verib.

İsveç Xarici İşlər Nazirliyi dünən yaydıqları bəyanatda Stokholmda Qurban bayramının ilk günü, 28 iyunda məscidin qarşısında Quranın yandırılmasını pisləyib.

Açıqlamada "İsveç hökuməti ölkədəki nümayişlərdə ayrı-ayrı şəxslərin islamofob hərəkətlərinin müsəlmanlar üçün təhqiredici ola biləcəyini anlayır. İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri şiddətlə qınayırıq", - deyilib.

"İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün İsveçdə və ya Avropada yeri yoxdur” deyən bəyanatda Quran və digər müqəddəs kitabların yandırılması "açıq-aşkar təxribat” kimi qiymətləndirilir" - deyə bəyanatda yazılıb.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR