İsveçin yeni hökuməti Kiyevə müasir və daha ağır silahlar ötürməyə hazırlaşır

İsveçin yeni hökuməti Kiyevə müasir və daha ağır silahlar ötürməyə hazırlaşır
DÜNYA
18:47 30.10.2022
258
İsveç hakimiyyəti Ukraynaya daha müasir və daha ağır silahlar ötürməyə hazırlaşır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İsveçin yeni müdafiə naziri Pol Conson bildirib.

Onun sözlərinə görə, xüsusilə, bu, hava hücumundan müdafiə sistemlərinə aiddir.

"Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. İlk ikitərəfli görüşüm Ukraynanın müdafiə naziri Aleksey Reznikovla oldu. Məsələn, Ukraynanın daha təkmil hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var”.

İsveçin müdafiə naziri əlavə edib ki, ölkənin yeni rəhbərliyi Ukraynaya dəstəkdən, o cümlədən hərbi dəstəkdən əl çəkmək niyyətində deyil:

"Ən qısa zamanda biz Ukrayna üçün yeni silah təchizatı barədə əlavə məlumat verəcəyik. Rusiya hərbi əməliyyatlarını artırdıqda, bizim cavab verməmiz və həmçinin Ukraynanı daha ağır və daha təkmil silah sistemləri ilə təmin etməyimiz vacibdir”.
OXŞAR XƏBƏRLƏR