İsveçli futbolçu: “Bu məğlubiyyət utancvericidir”

İDMAN
19:56 17.11.2023
174
"Bu məğlubiyyət utancvericidir”.

Bunu İsveç yığmasının futbolçusu Viktor Klasson Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində meydana çıxan 31 yaşlı yarımmüdafiəçi təmsilçimizin daha motivasiyalı mübarizə apardığını bildirib: "İndiyə qədər beynəlxalq oyunlarda belə halla üzləşməmişdim. Azərbaycanlı futbolçular bütün duelləri, ikinci topları qazandılar. Onlar bizdən daha motivasiyalı idilər. Bu da nəticəyə təsir edən əsas amil oldu”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinaviyalılar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək.
 
///Report

OXŞAR XƏBƏRLƏR