İsveçrədə Azərbaycan milyonçularının gizli hesabları ortaya çıxdı: 14 müştəri, 3,8 milyon dollar...

İQTİSADİYYAT
15:18 09.02.2015
2840

Nyu-Yorkda mənzillənmiş Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (İCİJ) İsveçrə bankındakı 100 milyard dollarlıq gizli bank hesablarını açıb.

Virtualaz.org saytıtəşkilatın saytına istinadən xəbər verir ki, 45 ölkədən olan araşdırmaçı jurnalistlər komandası tərəfindən aparılan araşdırma nəticəsində qlobal bank nəhəngi HSBC-nin İsveçrə şöbəsində - “HSBC Swiss”də insan alveri ilə məşğul olan cinayətkarlardan tutmuş vergidən yayınan məşhurlar, siyasətçilər və şeyxlərin 100 mindən çox gizli bank hesabı üzə çıxıb.

“HSBC Swiss” bankında gizli hesab açanlar arasında Azərbaycandan olan müştərilər də var. Virtualaz.org həmin müştərilərin sayını, onların yatırdıqları məbləği təşkilatın saytından əldə edib.

Araşdırmaçı jurnalistlər haker proqramlarının köməyi ilə bankın məlumat bazasına daxil olaraq oradan gizli hesabların sahiblərinin adlarını, onların hesablarındakı pulların məbləğini və digər məlumatları əldə ediblər.

Məxfi sənədlər göstərir ki, qlobal bank nəhəngi silah alverçiləri, üçüncü dünya ölkələrindən diktatorlar, “qanlı almaz” tacirləri və digər beynəlxalq cinayətkarların pulları hesabına biznes qurub.

Həmçinin bankdan əldə edilmiş məxfi sənədlər göstərir ki, bəzi müştərilər tez-tez Cenevrəyə səfər edərək öz hesablarından böyük məbləğdə nağd pul çıxarırlar. Məxfi fayllardan məlum olub ki, Afrikanın “qanlı almaz” tacirləri öz hesablarından böyük məbləğlərdə pul çıxararaq onları qiyamları maliyyələşdirməyə yönəldiblər.

İCİJ tərəfindən əldə edilmiş məxfi fayllara əsasən 2007-ci ilə qədər bankda açılmış 100 mindən çox hüquqi və fiziki şəxsin hesabında 100 milyard dollardan çox pul var. Onlar dünyanın 202 ölkəsini təmsil edir.

Jurnalistlər müştərilərin arasında Böyük Britaniyanın, Rusiyanın, Ukraynanın, Gürcüstanın, Rumıniyanın, Meksikanın, Konqo Demokratik Respublikasının, Zimbabvenin, Paraqvayın, Meksikanın və digər ölkələrin keçmiş və indiki siyasətçilərinin adlarını aşkar ediblər.

Həmçinin siyahıda ABŞ-ın sanksiyası altında olan şəxslərin, məsələn Liviyaya məxfi nüvə zavodunun tikintisi üçün mürəkkəb elektron avadanlıqlar satanSəlim Alguadis kimi türkiyəli biznesmeninadı da yer alır.

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan biznesmen Gennadi Timçenkoda bankda gizli hesabı olanlar arasındadır. G.Timçenko Ukraynaya görə Rusiyanın sanksiya tətbiq edilmiş şəxslərinin siyahısındadır.

HəmçininHüsnü Mübarək rejiminin keçmiş təmsilçisi,2011-ci ildə Misirdə baş vermiş inqilabdan sonra ölkədən qaçan keçmiş ticarət naziri Rəşid Muhammed Rəşidin bankda 31 milyon dollarlıq hesabının olduğu müəyyənləşib.

Bankda hesabı olanlar arasındaHaitinin keçmiş diktatoru Jan-Klod Duvalyeninadamı da var.

Suriya diktatoru Bəşər Əsədin əmisi oğluvə yaxın tərəfdaşı Rami Mahluf da İsveçrə bankında gizli hesabı olanlar arasındadır.

Çinin keçmiş baş naziri Li Penin qızıLi Syaolinin də bankda gizli hesabı üzə çıxıb.

Bankda hesabı olanlar arasındaMərakeş kralı VI Məhəmməd, Bəhreyn şahzadəsi, şahzadə Salman bin Hamad bin İsa əl-Xəlifə və Səudiyyə kral ailəsininonlarla digər üzvü də var.

İCİJ tərəfindən aparılmış analiz göstərib ki, HSBC bankının 2 minə yaxın müştərisi Afrikada almaz sənayesi və alveri ilə bağlı şəxslərdir. “Qanlı almaz” biznesinə görə İnterpol tərəfindən axtarılanMozes Viktor konig və Kennet Li Akselrodda onların arasındadır.

Hələlik təşkilat müştərilərin ən məşhurlarının adlarını və fotolarını saytında yerləşdirilib.

İsveçrə bankında gizli hesabı olanlar arasında Azərbaycandan 21 müştəri yer alır. Azərbaycan bankda dollar hesabı ilə ən çox vəsaitə malik müştərilərin sayına və məbləğə görə 167-ci sıradadır.

1994-2006-cı illər ərzində Azərbaycandan olan 16 müştəri bankda 17 hesab açıb. Bu hesablarda cəmi 3,8 milyon dollar pul var.

Müştərilərdən birinin hesabında 1,6 milyon dollar pul yerləşdirilib və o, Azərbaycandan banka ən yüksək məbləğdə pul qoyan müştəridir.

Bankda açılan hesabların əksəriyyəti 1998-ci ildən sonraya təsadüf edir, hazırda 12 bank hesabı aktivdir. Azərbaycandan banka pul qoyanların 21 faizinin pasport məlumatlarında onların Azərbaycan vətəndaşları olduqları göstərilib.

Türkiyədən yatırılan pulların məbləği isə 3,5 milyard dollardır. Ən varlı müştərinin hesabında 264 milyon dollar var.

Bu sensasion araşdırma ilə bağlı yeni nüanslar və faktlar açıqlandıqca virtualaz.org saytı onu oxuculara çatdıracaq.

OXŞAR XƏBƏRLƏR