İsveçrəlilər referendumda ölkənin neytrallığının qorunmasına qarşı çıxıb

İsveçrəlilər referendumda ölkənin neytrallığının qorunmasına qarşı çıxıb
DÜNYA
16:33 27.09.2026
140
İsveçrə sakinləri referendumda ölkənin neytrallığının qorunması ilə bağlı təşəbbüsü rədd ediblər.

Təşəbbüs Konfederasiyanın Konstitusiyasında əbədi və hərtərəfli neytrallıq prinsipinin təsbit edilməsini, həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvini və Konfederasiyanın NATO-ya üzv olmasının qadağan edilməsini nəzərdə tuturdu.

Konfederasiyanın Federal Statistika İdarəsinin açıqladığı ilkin səsvermə nəticələrinə əsasən, seçicilərin 68,60%-i təşəbbüsün əleyhinə səs verib, 31,40%-i isə onu dəstəkləyib. Seçici fəallığı 46,36% təşkil edib.

Təşəbbüsün qəbul edilməsi üçün ikili çoxluq, yəni həm seçicilərin, həm də kantonların əksəriyyətinin dəstəyi tələb olunurdu. Artıq 26 kantondan 13-ü, o cümlədən üç yarımkanton təşəbbüsün əleyhinə səs verdiyinə görə, onun uğursuzluğa düçar olduğu indidən məlumdur. Yekun nəticələrin axşam saatlarında açıqlanacağı gözlənilir.

///apa.az///
OXŞAR XƏBƏRLƏR