ISW: Rusiya Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır

ISW: Rusiya Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır
DÜNYA
10:57 27.07.2025
114
Rusiya raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırır ki, payızda Ukraynaya qarşı daha genişmiqyaslı hücumlar həyata keçirə bilsin.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu proqnozu ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri veriblər.

Analitiklər qeyd ediblər ki, son zamanlar ruslar hücumlar üçün daha çox raketlərdən istifadə edirlər və müxtəlif mənbələr Rusiyanın müdafiə sənayesinin raket və pilotsuz uçuş aparatlarının istehsal gücünü artırdığını göstərir.

ISW hesab edir ki, əgər Rusiyanın PUA-dan istifadə modeli dəyişməzsə, 2025-ci ilin noyabrına qədər Rusiya bir gecədə Ukraynaya 2000-ə qədər dron buraxa bilər.

Bu səbəbdən İnstitut Qərbin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsi üçün təcili yardıma ehtiyac olduğunu vurğulayıb. Analitiklər xüsusilə ABŞ-ın Patriot sistemlərinin tədarükünün vacibliyini qeyd ediblər, çünki bu sistemlər Rusiya ballistik raketlərinə qarşı effektiv mübarizə apara bilir.
OXŞAR XƏBƏRLƏR