İsxak Hersoq: “İsrail Azərbaycan ilə münasibətləri yüksək dəyərləndirir”

SİYASƏT
22:41 16.02.2024
298
"İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir”.

Bu fikirlər İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Onun sözlərinə görə, ölkələr arasında ikitərəfli əlaqələr çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir:

"Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk. Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm.

Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm”.
OXŞAR XƏBƏRLƏR