İt də gedəcək, ip də - söyüş müxalifətinə donoslar ötürən məmur və ya məmurlar kimdir?

İt də gedəcək, ip də - söyüş müxalifətinə donoslar ötürən məmur və ya məmurlar kimdir?
KÖŞƏ
22:34 29.05.2024
363
Xaricdəki söyüş müxalifəti arasında qarşısurma pik həddə çatıb və "əsəb müharibəsi" fonunda düşmən olan tərəflər çox ciddi şübhələrə yol açacaq fikirlər səsləndirirlər.

Tural Sadiqli və Əfqan Muxtarlının qarşılıqlı ittiham ritorikasından belə məlum olur ki, Eldar Mahmudov dövründə olduğu kimi, hakimiyyət daxilində donos ötürən qüvvələr hələ də mövcuddur və bu qüvvələr daxili "razborkalarını" söyüş müxalifətinin dəstəyilə çürütməyə çalışırlar. Bu dəfə bir qədər fərqli gediş və üsullarla.

Necə? Məlumdur ki, Azərbaycanda mətbuat əvvəlki mətbuat deyil və məmur oliqraxiyası bu tribunadan daha öz çirkin məqsədləri naminə yararlana bilmir. "Daxili şantaj qəfəslikləri" daraldığına görə, xaricdə qərar tutan "söyüş qəhrəmanları", "dil pəhləvanları" ilə anlaşmağa çalışırlar.

O da agah olur ki, ən yüksək eşalonlarda təmsilçilik  əldə edən əksər məmurlar barədə söyüş müxalifəti və Tural Sadıqlı kimilərə böhtan xarakterli məlumat göndərənlər də elə hakimiyyətin daxilindəki şəxslər və ya qruplardır. Xaricdə "söyüş mediası"na maliyyə ayıran, Azərbaycanımıza düşmən kəsilən tərbiyəsiz qüvvələrlə separat əməkdaşlıq edən, onlara böhtan məlumatlar ötürən məmurların özləri də elə onların tayıdır.

Dövlətimizin əsaslarını sarsıtmağa, çirkin üsullarla öz mövqeyini artırmağa çalışanlara lənət olsun! Bu cür satqın və mənfur qüvvələrin miskin talelərini də az görməmişik. Şübhəsiz ki,  onları da xəyanət yolu tutan "əqidə yoldaşları"nın aqibəti gözləyir.

Necə deyərlər, it də gedəcək, ip də.
 
Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR