“Azadlıq adası” olan Kubada insanlar qeyri-adi bir hadisənin şahidi olublar. Paytaxt Havanadan 600 kilometr aralıda yerləşən bir kəndin fermasında Yeti adlı dişi it hər gün 14 donuz balasına süd verir. Fermanın sahibi donuz balalarının artıq 15 günlüyündən Yeti ilə “ikinci” anaları kimi davrandığını deyir. Onun dediyinə görə, acgöz donuz balaları əvvəl anasının südünü içir, günorta saatlarında isə “ikinci” analarının – Yetinin yanına gedərək, it südü qəbul edirlər.