İtaliya Baş naziri Netanyahu ilə görüşmək üçün İsrailə səfər edəcək

İtaliya Baş naziri Netanyahu ilə görüşmək üçün İsrailə səfər edəcək
DÜNYA
18:33 21.10.2023
187
İtaliyanın Baş naziri Corca Meloni Misirdə təşkil edilən Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq sammitə qatıldıqdan sonra İsrailə getməyə hazırlaşır.

Bu barədə AZXEBER.COM "Report”a istinadən xəbər verir.

O, israilli həmkarı Benyamin Netanyahu ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, sammit oktyabrın 21-də baş tutacaq. BMT-nin Baş katibi Antoniu Quterriş tədbirdə iştirakını artıq təsdiqləyib.

Bundan əlavə, bir sıra Yaxın Şərq və Avropa dövlətlərinin başçılarının Qahirəyə gələcəyi planlaşdırılır.

"Euractive”in məlumatına görə, tədbirdə Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqının (Aİ) xarici siyasət şöbəsinin rəhbəri Jozep Borrel iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR