İtaliya klubu baş məşqçisi ilə yeni müqavilə imzalamağa hazırlaşır

İDMAN
18:42 29.03.2024
182
İtaliyanın "İnter" klubu baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırlaşır.
 
Yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

47 yaşlı mütəxəssisin komanda ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Rəhbərlik İnzaqinin işindən razıdır və onu mümkün qədər uzun müddət komandada saxlamaq istəyir.

Qeyd edək ki, "İnter" İtaliya A seriyasında 76 xalla liderdir.
 
///report

OXŞAR XƏBƏRLƏR