İtaliyanın "Hellas Verona" klubu "Qalatasaray" klubunun hücumçusu Yunus Akgünü transfer etmək istəyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədər davam edən Akgünün bazar dəyəri 5 milyon avrodur.
Xatırladaq ki, ötən mövsüm İngiltərənin "Lester Siti" klubunda icarədə olan oyunçu 29 matçda iştirak edib, 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Məryəm