İtaliyanın "Torino" komandasının 2 futbolçusu koronavirusa yoluxub.
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, oyunçulardan götürülmüş analizlərin nəticəsi müsbət çıxıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
Qeyd edək ki, daha əvvəl "Napoli", "Kalyari" və "Breşiya" klublarında virus aşkarlanıb.