İtaliyada COVİD-19 peyvəndi vurduranların sayı 40 milyonu keçib.
AZXEBER.COM xəbər verir ki, İtaliyada yeni növ koronavirus peyvəndini vurduranların sayı 40 milyon 6 min 727 nəfərə çatıb.
Baş Nazirliyin məlumatına görə, peyvəndlər 12 yaşdan yuxarı əhaliyə vurulub ki, bu da əhalinin böyük əksəriyyətini əhatə edir.
Ən son məlumata görə, bu ölkədə aktiv COVİD-19 xəstələrinin sayında azalma müşahidə olunur. Son sutka ərzində 2800 nəfərə COVİD-19 diaqnozu qoyulub.
İtaliyada ümumilikdə 2020-ci ilin fevral ayından bu yana kimi virusa yoluxanların sayı 4 milyon 609 min 205-ə çatıb. Onlardan 129 min 955 nəfər vəfat edib.
Ayşən Mirzəyeva