İtaliya mətbuatı Prezidentin səfəri haqda yazıb

İtaliya mətbuatı Prezidentin səfəri haqda yazıb
SİYASƏT
09:03 16.07.2014
1110
İtaliya qəzetləri, xəbər agentlikləri, informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr yaymaqda davam edir.ANS PRESS-in məlumatına görə, məqalələrdə Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfəsi ilə bağlı məqamlar təhlil olunur.“La Repubblica” qəzetində dərc olunan məqalədə deyilir ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq növbəti mərhələyə qədəm qoydu. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Romanın meri İqnatsio Marino tərəfindən “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasına dair Saziş imzalanıb. Bu sənəd Romanın mədəni inkişafına mühüm töhfə verəcək.“Rai news” televiziya kanalının saytında da Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlərlə bağlı yazı yerləşdirilib. Yazıda deyilir: “Romanın arxeoloji qazıntılar tarixində önəmli bir gün yaşandı. Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardım göstərilməsi ilə bağlı sənəd imzalandı. Azərbaycan tərəfinin bu yardımı Romanın tarixi dəyərlərinin qorunub saxlanılması baxımından vacib addımdır”.“Roma today” xəbər portalı Prezident İlham Əliyevin Romanın meri İqnatsio Marino ilə görüşü çərçivəsində imzalanan sənədin əhəmiyyətinə dair məqalə yayıb. Görüşdə səslənən fikirlərin də yer aldığı yazıda bildirilir: “Azərbaycan Prezidenti İlham Əliyevin Roma meri ilə görüşündə “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan Saziş imzalandı. Sənədə əsasən Azərbaycan Romada Aleksandria ərazisində qazıntıların aparılmasına maddi yardım göstərəcəkdir. Bu, Roma üçün mühüm əhəmiyyəti olan bir hadisədir”.Məqalədə Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur: “Bu gün əlaqələrimizdə çox vacib bir gündür. Azərbaycan-İtaliya əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır. Bu gün imzalanan Saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir”.Müəllif mer İqnatsio Marinonun da fikirlərinə yer verib: “Bizə göstərdiyi bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq. Bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək