İtaliya millisinin futbolçusu 10 ay müddətinə futboldan uzaqlaşdırıldı

İDMAN
18:13 26.10.2023
238
İtaliya millisinin və İngiltərənin "Nyukasl" klubunun futbolçusu Sandro Tonali 10 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Buna 23 yaşlı yarımmüdafiəçinin "Milan"da çıxış etdiyi zaman oyunlara mərc qoyması səbəb olub.

O, daha əvvəl törətdiyi əməli etiraf etmişdi. Tonali İtaliya yığması vəsiqə qazanacağı təqdirdə gələn il Almaniyada keçiriləcək Avropa çempionatında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, futbolçu yay transfer dönəmində "Milan"dan "Nyukasl"a keçib.
OXŞAR XƏBƏRLƏR