İtaliya millisinin sabiq futbolçusu yığmaya məşqçi təyin olunub

İDMAN
19:36 22.10.2024
212
İtaliya millisinin sabiq üzvü Leonardo Bonuççi ölkəsinin U-20 komandasına məşqçi təyin olunub.

37 yaşlı sabiq müdafiəçi baş məşqçi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, futbolçu karyerasında son olaraq Türkiyə təmsilçisi "Fənərbağça"nın formasını geyinən Bonuççi "İnter", "Yuventus", "Milan" və "Cenoa" kimi klubların şərəfini qoruyub. O, İtaliya millisinin heyətində 121 oyunda 8 qol vurub.

OXŞAR XƏBƏRLƏR