İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu şəhər meri seçildi

İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu şəhər meri seçildi
İDMAN
18:48 27.06.2022
307
İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Damyano Tommazi Verona şəhərinin meri seçilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi seçkilərin final mərhələsində 54,4 faiz səs toplayıb.

Onun əsas rəqibi Federiko Zboriana isə 46,6 faiz səs yığa bilib.

Qeyd edək ki, Damyano Tommazi futbolçu karyerasında "Roma" ilə yanaşı, Uelsin KPR və İspaniyanın "Levante" klublarında da çıxış edib. O, yığmada 25 oyun keçirib.
OXŞAR XƏBƏRLƏR