İtaliya Qəzza Sülh Şurasına müşahidəçi kimi qatılmağa qərar verib
DÜNYA
05:32 15.02.2026
529
İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin Qəzza zolağındakı münaqişənin həlli məqsədilə yaradılmış Sülh Şurasında müşahidəçi statusu ilə iştirak edəcəyini açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
Meloni məsələ ilə bağlı açıqlamasını ikinci İtaliya-Afrika Zirvə toplantısı zamanı jurnalistlərə verib. O bildirib ki, konstitusion normalar səbəbindən İtaliya quruma tamhüquqlu üzv kimi deyil, müşahidəçi qismində qoşulacaq.