İtaliya Qəzzanın qurulmasıyla bağlı yeni təklif layihəsi hazırlayacaq

DÜNYA
16:24 14.08.2024
128
 
İtaliya sentyabrda Qəzzanın siyasi və iqtisadi baxımdan yenidən qurulması layihəsini təklif edəcək.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani İtaliyanın "La Stampa” qəzetinə müsahibəsi zamanı deyib.

O, bu barədə təklifi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək iclas zamanı irəli sürəcək.

İtaliyanın Qəzzaya görə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı nə edə biləcəyi sualına Tajani "Sentyabrda BMT Baş Assambleyasının kənarında, Qəzzanın yenidən qurulması üçün G7 səviyyəsində bir layihə təklif edəcəyəm. Təkcə humanitar deyil, həm də siyasi və iqtisadi baxımdan İtaliya, Qəzza Zolağını və Qərbi Şəriyəni birləşdirən Fələstin dövlətinin ortaya çıxması üçün keçid prosesində işləmək üçün bir kontingent göndərməyə hazırdır. Lakin bizim həmsöhbətimiz HƏMAS deyil, yalnız Fələstin administrasiyasıdır".

İtaliyanın İspaniya da daxil olmaqla bəzi ölkələr kimi Fələstin Dövlətini niyə tanımır sualına isə Tajani "Biz Fələstin Dövlətinin tərəfdarıyıq. Bununla belə, Fələstin xalqına konkret perspektiv təklif etməliyik. İsrail Fələstinin böyük hissəsinə nəzarət edir", - deyə XİN başçısı deyib.

"İtaliyanın mövqeyi bəllidir. Biz İsrailin yanındayıq, lakin onları hörmət etməyə çağırdıq. Beynəlxalq hüquq, dostlarımızla etdiyimiz kimi, 7 Oktyabrda, 2023-cü ildən sonra İsrailə etdiyim ilk səfərdə onlara mütənasib bir cavab vermələrini söylədim" - deyə nazir qeyd edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR