İtaliya Qəzzanın yenidən qurulmasında iştirak edəcək

İtaliya Qəzzanın yenidən qurulmasında iştirak edəcək
DÜNYA
22:11 15.10.2025
114
İtaliya Qəzza zolağında fövqəladə halların idarə olunmasında və yenidən qurulmasında iştirak edəcək.

Bu barədə İtaliyanın Nazirlər Şurası məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdə sülh sazişinin imzalanmasından sonra İtaliya təcili olaraq Qəzza zolağında effektiv strategiyanın hazırlanması üçün əlaqələndirilmiş fəaliyyətə başlayıb. Məqsəd humanitar və səhiyyə dəstəyinə xüsusi diqqət yetirməklə qısa müddətdə təcili və mümkün müdaxilələri müəyyən etməkdir.

"Baş nazir Ciorcia Meloninin göstərişi ilə Nazirlər Şurasında prosesdə iştirak edən aidiyyəti nazirliklər və digər maraqlı tərəflərlə əməliyyat iclası keçirilib. Məqsəd bütün sektorlarda - səhiyyə, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik və kəşfiyyatda konkret nəticələrə nail olmaq üçün birgə fəaliyyəti təşviq etmək və səyləri optimallaşdırmaqdır. İclasda İtaliyanın Qəzzanın yenidən qurulmasına töhfə vermək və Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyə nail olmaq məqsədi daşıyan siyasi prosesin yenidən başlanmasına sadiqliyi təsdiqlənib”, - deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR