İtaliya Rusiya qazından imtina etmək istəyir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Mario Draghi bu gün Əlcəzairə səfər edəcək. Onun səfəri zamanı Əlcəzairdən İtaliyaya qaz tədarükünün təxminən 50% artırılmasına dair sazişin imzalanması gözlənilir.
Bu iddia ilə Bloomberg çıxış edib.
Əgər saziş imzalansa, İtaliya yaxın zamanlarda rus qazından imtina edəcək.