İtaliyada miqrant gəmisi batdı: 30 nəfər öldü

İtaliyada miqrant gəmisi batdı: 30 nəfər öldü
DÜNYA
10:35 27.02.2023
198
 
100-dən çox qeyri-qanuni məcburi koçkün olduğu qayıq əlverişsiz hava şəraiti səbəbindən İtaliya sahillərində batıb.
 
AZXEBER.COM xəbər verir ki, dəhşətli qəzada ən azı 30 miqrant həyatını itirərkən, miqrantların İran, Pakistan və Əfqanıstan vətəndaşları olduğu bildirilib.

Krotone əyalətinin sahilyanı şəhəri olan Steccato di Cutro sahillərində ən azı 30 miqrant cəsədi tapılıb və 50-yə yaxın miqrant xilas edilib.

İtaliya mediası miqrantların İran, Pakistan və Əfqanıstandan gəldiyini və qayığın əlverişsiz hava şəraiti səbəbindən qayalara çırpıldığını bildirib.
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR