İtaliya sahillərində qayığın batması nəticəsində 26 nəfər ölüb

İtaliya sahillərində qayığın batması nəticəsində 26 nəfər ölüb
DÜNYA
22:53 13.08.2025
132
İtaliyanın Lampeduza adası yaxınlığında göyərtəsində 100-ə yaxın miqrantın olduğu qayığın batması nəticəsində 26 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

Bu barədə "Associated Press” agentliyi məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio Di Cakomo bildirib ki, miqrantlar Liviyadan iki qayıqla ayrılıblar. Onlardan biri batmağa başlayarkən bütün sərnişinlər o biri qayığa minib, nəticədə də o da həddindən artıq yüklənmə səbəbindən çevrilib.
 
/report
OXŞAR XƏBƏRLƏR