İtaliya Ukraynaya 20-yə yaxın artilleriya qurğusu tədarük edib

İtaliya Ukraynaya 20-yə yaxın artilleriya qurğusu tədarük edib
DÜNYA
19:14 16.04.2023
237
İtaliya Ukraynaya təxminən 20 ədəd M109L özüyeriyən artilleriya qurğusunu təhvil verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" və "Corriere della Sera" qəzetləri məlumat yayıb.

Bir neçə oxşar haubitsa artıq 2022-ci ilin payızında Ukrayna tərəfinə göndərilib.

Məlumata görə, hərbi texnika onlar ötən ilin oktyabrına qədər hakimiyyətdə olan Mario Draqinin hökuməti tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsidir.
OXŞAR XƏBƏRLƏR