İtaliya Ukraynaya silah yardımını davam etdirəcək

İtaliya Ukraynaya silah yardımını davam etdirəcək
DÜNYA
13:28 09.02.2024
146
İtaliya Ukraynaya silah yardımını davam etdirmək qərarına gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkədə parlamentin aşağı palatası olan Nümayəndələr Palatası yardımın bu il də davam etdirilməsini nəzərdə tutan fərman qanununu təsdiqləyib.

Yanvarın 24-də parlamentin yuxarı palatası Senat tərəfindən təsdiq edilən Ukraynaya silah yardımı haqqında fərman bu gün aşağı palata tərəfindən təsdiqlənib. 

Ukraynaya silah yardımının 2024-cü il dekabrın 31-dək uzadılması Nümayəndələr Palatasının 400 yerlik Baş Assambleyasında səsvermədə iştirak edən 260 deputatın 42-nin əleyhinə 218 "Hə” səsi ilə təsdiqlənib.

Ayşən
OXŞAR XƏBƏRLƏR