İtaliyada batan qayıqda ölənlərin kəşfiyyatçı olduğu üzə çıxdı

İtaliyada batan qayıqda ölənlərin kəşfiyyatçı olduğu üzə çıxdı
DÜNYA
15:25 30.05.2023
239
İtaliyanın şimalında bir göldə batan və ilk açıqlamalarda turist gəmisi olduğu bildirilən gəmidə İtaliya və İsrail agentlərinin olduğu ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 28 may bazar günü İtaliyanın Maggiore gölündə batan və ilk açıqlamalarda turist gəmisi olduğu bildirilən qayıqda iki İtalyan məxfi xidmət agenti, təqaüdçü İsrailli mühafizəçi və bir rus qadının həyatını itirdiyi ortaya çıxıb.

İtaliya mətbuatı əlverişsiz hava şəraitindən sonra batan qayıqda 20-yə yaxın kəşfiyyatçının olduğunu bildirib. Hadisədə həyatını itirənlərin kimliklərinin Klaudio Alonzi (62), Tiziana Barnobi (53), Anya Bojkova (50) və Şimoni Erez (54) olduğu açıqlanıb.
 
Alonzi-Barnobi cütlüyünün İtaliya xarici kəşfiyyat xidmətinə (Aise) rəhbərlik etdiyi müəyyən edilib. Erez də İsrail təhlükəsizlik güclərindən təqaüdə çıxıb. Bildirilib ki, Rusiya vətəndaşı Bojkova gəmi sahibinin həyat yoldaşıdır.

İctimai yayımçı Rai də ölən Anya Bojkovanın qayıq sahibinin həyat yoldaşı olduğunu bildirib. Rainin sözlərinə görə, Bojkova italyan həyat yoldaşı Karlo Karminati ilə birlikdə batan qayıqda yaşayırmış. Məlumata görə, batan qayığın sərnişin tutumu 15 nəfər olub. Bazar günü axşam güclü külək və güclü yağışdan sonra qayığın batması ilə bağlı prokurorluq istintaqa başlayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR