İtaliyada COVID-19-a sutkalıq yoluxma rekord göstəriciyə çatıb

İtaliyada COVID-19-a sutkalıq yoluxma rekord göstəriciyə çatıb
DÜNYA
02:27 31.12.2021
368
İtaliyada koronavirusa daha 126 888 yeni yoluxma faktı qeydə alınıb. Bu göstərici epidemiya başlayandan bəri ölkədə virusa gündəlik ən yüksək yoluxma deməkdir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, son 24 saat ərzində 1,1 milyondan çox test icra edilib. Koronavirusa ümumi yoluxma sayı 6 milyona çatıb. Həmçinin 156 nəfər virusun qurbanı olub, ölənlərin ümumi sayı isə 137 mini ötüb.

2022-ci il fevralın 1-dən İtaliyada peyvənddən sonra verilən COVID-19 sertifikatının etibarlılıq müddəti doqquz aydan altı aya endirilib.
OXŞAR XƏBƏRLƏR