İtaliyada Etna vulkanı kül və lava püskürür

İtaliyada Etna vulkanı kül və lava püskürür
DÜNYA
10:46 09.04.2025
226
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın yenidən kül və lava püskürtdüyü bildirilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat verib.
 
Məlumata görə, aktiv kraterlərdən biri olan Etna dağının cənub-şərq kraterində ötən gün başlayan vulkanik fəaliyyətin dünən günorta saatlarına qədər davam etdiyi bildirilib.

Gecə saatlarında bölgənin üzərindən keçən təyyarələr üçün "qırmızı kod” xəbərdarlığı verilib. Lakin sonradan xəbərdarlıq dərəcəsi tədricən "sarı”ya endirilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR