İtaliyada gəmi qəzasında ölənin sayı 67 nəfərə çatıb

İtaliyada gəmi qəzasında ölənin sayı 67 nəfərə çatıb
DÜNYA
18:06 01.03.2023
187
İtaliyanın cənub sahillərində 26 fevralda baş vermiş gəmi qəzasında ölən miqrantların sayı 67 nəfərə çatıb.

Bu barədə yerli "Rai News 24” agentliyi bildirib.

Qeyd edək ki, 26 fevralda İtaliya Sahil Mühafizəsi Xidməti ölkənin cənub sahillərində miqrantları aparan gəminin batması barədə məlumat yaymışdı və bildirilmişdi ki, gəmidə Əfqanıstan, İran və Pakistandan 250 nəfər miqrant olub.
 
///APA
OXŞAR XƏBƏRLƏR