İtaliyada güclü zəlzələ baş verib

İtaliyada güclü zəlzələ baş verib
SOSİAL
09:14 10.03.2026
149
İtaliya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Mərkəzdən bildirilib ki, zəlzələnin episentri təxminən 959 000 insanın yaşadığı Neapol şəhərindən 43 km cənub-qərbdə olub. Episentr 375 km dərinlikdə yerləşib.

Heç bir insan itkisi və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
OXŞAR XƏBƏRLƏR