İtaliyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş fortepiano konserti oldu

İtaliyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş fortepiano konserti oldu
MARAQLI
10:54 13.12.2011
2624
İtaliyanın Modena şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş fortepiano konserti olmuşdur.Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş konsertdə bu ölkədə yaşayan gənc azərbaycanlı pianoçu və bəstəkarKamalə Əlizadə, italiyalı caz gitaraçısıStefano Muskaritolovə Modena konservatoriyasının tələbələri Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış etmişlər.Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, konsertdən əvvəl çıxış edən Modena şəhəri merinin müaviniQrasiano Pinixalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsi üçün mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamış və konsertin təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir.Azərbaycanın İtaliyadakı səfiriVaqif Sadıqovümummilli lider Heydər Əliyevin ölkəmizi üzləşdiyi çətinliklərdən xilas etdiyini, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müasir Azərbaycanın regional səviyyədə siyasi və iqtisadi baxımdan aparıcı dövlətə çevrildiyini diqqətə çatdırmış, İtaliya ilə Azərbaycan arasında mövcud əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd etmişdir.Konsert proqramı və italyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnal və kitablar qonaqların böyük marağına səbəb olmuşdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək
18:30 11.05.2025
Qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
18:25 11.05.2025
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
18:06 11.05.2025
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək