İtaliyada işsiz kişi özünü yandırdı

DÜNYA
16:44 30.12.2013
1415
İtaliyada işsiz qalandan sonra depressiyaya qapılan 28 yaşlı Fausto Cenovehe üstünə benzin tökərək özünə od vurmuşdu.
O, yerləşdirildiyi xəstəxananın reanimasiya bölməsində keçinib.
Milli.Az RAİ-yə istinadən bildirir ki, Fausto Cenoveze çalışdığı şirkətdən qovulandan sonra 5 ay işsiz qalmışdı. Depressiyaya düşən Cenoveze çox ağır yanıq yaraları almışdı.
Qonşularının dediklərinə görə, Fausto çox çalışqan, zəhmətkeş, səmimi insan idi.
Ağır iqtisadi və maliyyə böhranı yaşayan İtaliyada işsizlər artır.
Vatikanda da 51 yaşlı kişi işsiz qaldığı üçün özünə od vuraraq intihar etmişdi.

OXŞAR XƏBƏRLƏR