İtaliyada Qaradəniz fırtınası əsdi: "İnter" 0:1 "Trabzonspor"

İtaliyada Qaradəniz fırtınası əsdi: "İnter" 0:1 "Trabzonspor"
İDMAN
02:01 15.09.2011
1839
Çempionlar Liqasının I turuna yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə ilk tur çərçivəsində 4 qrupda 8 qarşılaşma baş tutub.A qrupunda "Mançester Siti" ev oyununda "Napoli"yə qalib gələ bilməyib. Hesabı 69-cu dəqiqədə qonaqlardan Edinson Kavani açsa da, 6 dəqiqə sonra Aleksandr Kolarov "Siti"yə bir xal gətirən qola imza atıb və oyun 1:1 hesabı ilə yekunlaşıb."Bavariya" İspaniyada qələbə qazanıb. "Vilyarreal"ın qonağı olan münhenlilər üç xalı aktivlərinə Toni Kroos və Rafinhanın qolları hesabına yazıblar.B qrupunda Türkiyənin Çempionlar Liqasındakı tək təmsilçisi "Trabzonspor" da İtaliyada meydana çıxıb. Avropada "Fənərbaxça"nı əvəzləyən Qara dəniz təmsilçisi Milanda "İnter"in qonağı olub. Bu oyunda hamı "İnter"in böyükhesablı qələbəsini proqnozlaşdırsa da, "Trabzonspor" sürpriz nəticəyə imza ataraq, səfər oyunundan üç xalla dönüb. Türkiyə klubunun qələbə qoluna 76-cı dəqiqədə Andrey Celustkaimza atıb.Qrupun digər oyunu "Lill" - ÇSKA qarşılaşması heç-heçə bitib - 2:2. Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Mussa Sov açıb. 57-ci dəqiqədə Benoit Pedretti fərqi iki topa çatdırıb. Lakin moskvalılar təslim olmayıb və 72-90-cı dəqiqələrdə dubl edən Seydu Doumbia ÇSKA-ya bir xal qazandırıb.C qrupunda "Bazel" "Otelul"u qəbul edib. Hesabı 39-cu dəqiqədə meydan sahiblərindən Fabian Frey açıb. 58-ci dəqiqədə qonaqlardan Marius Pena tarazlığı bərpa edib. 83-cü dəqiqədə "Otelul"dan Adrian Salaqeanu qırmızı vərəqə alıb və bir dəqiqə sonra Frey isveçrəliləri hesabda önə keçirib. 87-ci dəqiqəjə Benjamin Huggelin meydandan qovulması ilə komandaların oyunçu sayı bərabərləşib. Lakin Rumıniya klubunun oyunda bərabərlik yaratmağa gücü çatmayıb."Benfika" və "Mançester Yunayted" arasında Portuqaliyada baş tutan oyunda qalib müəyyənləşməyib. Hesabı 24-cü dəqiqədə meydan sahibləri - Oskar Kardozo açıb. 42-ci dəqiqədə Ryan Giqqz Mançester təmsilçisinə bir xal gətirən qola imza atıb."Neftçi"ni II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Dinamo" dünyanın ən böyük iki klubundan birinə - "Real"a qarşı oynayıb. "Kral Klub" Zaqrebdə rəqibini çətinliklə təslim edib. "Real"ın qələbə qoluna 53-cü dəqiqədə Angel Di Maria imza atıb. 73-cü dəqiqədə Marselo meydandan qovulsa da, "Dinamo" say üstünlüyündən yararlana bilməyib."Ayaks" isə Lion "Olimpik"ini qəbul edib. Amsterdamdakı oyunda hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb.Çempionlar Liqası2011-2012 mövsümüI tur14 sentyabrA qrupuMançester Siti (İngiltərə) - Napoli (İtaliya) 1:1Qollar: Aleksandr Kolarov, 75 - Edinson Kavani, 69.Vilyarreal (İspaniya) - Bavariya (Almaniya) 0:2Qollar: Toni Kroos, 7. Rafinha, 76. B qrupuİnter (İtaliya) - Trabzonspor (Türkiyə) 0:1Qol: Andrey Celustka, 76.Lill (Fransa) - ÇSKA (Moskva, Rusiya) 2:2Qollar: Mussa Sov, 45. Benoit Pedretti, 57 - Seydu Doumbia, 72; 90.C qrupuBazel (İsveçrə) - Otelul (Rumıniya) 2:1Qollar: Fabian Frey, 39; 84 - Marius Pena, 58.Qırmızı vərəqələr: Benjamin Huggel, 87 - Adrian Salaqeanu, 83.Benfika (Portuqaliya) - Mançester Yunayted (İngiltərə) 1:1Qollar: Oskar Kardozo, 24 - Ryan Giqqz, 42.D qrupuAyaks (Hollandiya) - Olimpik (Lion, Fransa) 0:0Dinamo (Zaqreb, Xorvatiya) - Real (İspaniya) 0:1Qol: Angel Di Maria, 53.Qırmızı vərəqə: Marselo, 73.13 sentyabrE qrupuÇelsi (İngiltərə) - Bayer (Almaniya) 2:0Qollar: David Luis, 67. Xuan Mata, 90+2.Genk (Belçika) - Valensiya (İspaniya) 0:0 F qrupuBorussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə) 1:1Qollar: İvan Perişiç, 88 - Robin van Persi, 42.Olimpiakos (Yunanıstan) - Olimpik (Marsel, Fransa) 0:1Qol: Luço Qonzales, 51.G qrupuAPOEL (Kipr) - Zenit (Rusiya) 2:1Qollar: Qustavo Manduka, 73. Aylton Almeyda, 75 - Konstantin Jiryanov, 63.Portu (Portuqaliya) - Şaxtyor (Ukrayna) 2:1Qollar: Hulk, 28. Kleber, 51 - Luis Adriano, 12. H qrupuBarselona (İspaniya) - Milan (İtaliya) 2:2Qollar: Pedro Rodriges, 36. David Vilya, 51 - Aleksandre Pato, 1. Tiaqo Silva, 90+2.Viktoriya (Çexiya) - BATE (Belarus) 1:1
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO