İtaliyada sel fəlakəti nəticəsində insan itkiləri davam edir: Daha 1 nəfərin cəsədi tapıldı

İtaliyada sel fəlakəti nəticəsində insan itkiləri davam edir: Daha 1 nəfərin cəsədi tapıldı
DÜNYA
10:19 24.05.2023
171
İtaliyanın Emilia Romagna bölgəsində ötən həftə leysan yağışlar nəticəsində baş verən sel fəlakətində daha bir itkin şəxsin cəsədi tapıldıqdan sonra həyatını itirənlərin sayı 15-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın ANSA agentliyinin verdiyi xəbərə görə, ötən həftə bölgədə daşqınların ən çox zərər çəkdiyi yerlərdən biri olan Luqoda itkin düşmüş bir adamın cansız cəsədi tapılıb.
 
Bildirilib ki, mayın 17-dən itkin düşən 68 yaşlı kişinin cəsədi İtaliya Jandarma qrupları tərəfindən tapılıb. Buna görə təbii fəlakətdə həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Bu arada, Ravenna Baş Prokurorluğunun fəlakətlə bağlı araşdırma başlatdığı bildirilib.

Digər tərəfdən güclü yağışın ola biləcəyi xəbərdarlığı ilə bölgədə "qırmızı həyəcan" vəziyyəti davam edir.

Sel sularının çəkildiyi şəhər və qəsəbələrdə yerli əhalinin təmizlik işləri və zərərin qiymətləndirilməsi işləri davam edir.
 
Daşqın səbəbindən baş nazir Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti su basmış bölgənin ehtiyacları üçün 2 milyard avrodan çox vəsait ayırmağa qərar verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR