İtaliyada xəstə olmaq qadağan edildi

İtaliyada xəstə olmaq qadağan edildi
DÜNYA
12:17 08.01.2025
162
İtaliyanın Belkastro bölgəsində sakinlərə təcili tibbi yardım tələb edərək ağır xəstəliyə tutulmağı qadağan edən qərar verilib.

AZXEBER.COM "BBC news"a istinadən xəbər verir ki, ən yaxın xəstəxanaya 45 kilometr məsafədə yerləşən 1200 əhalisi olan kəndin sakinlərinə xəstəliklərdən qorunmaq göstərişi verilib.

Sərəncamda təcili tibbi yardım tələb edən xəstəliklərin qarşısının alınmasının vacibliyi qeyd edilib və kənd sakinlərinə zərərli ola biləcək davranışlardan çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahətə çıxmamaq və başqa işlərlə məşğul olmamaq tövsiyyə olunub. 

Bələdiyyə sədri Antonio Torchia yerli kanala açıqlamasında bu fərmanın səhiyyə sistemindəki çatışmazlıqları üzə çıxarmaq üçün verildiyini bildirib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR