İtaliyanın Bolzano şəhərində ölkənin şimalında yerləşən alüminium istehsalı zavodunda partlayış baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə RAI telekanalının efirində məlumat verilib.
Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan biri ağır vəziyyətdə reanimasiya şöbəsinə, daha dörd nəfər isə Verona, Milan və həmçinin Almaniyanın Murnau şəhərindəki yanıq mərkəzlərinə aparılıb.